Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
 
Turun açılış oyunu Qəbələdə keçirilib. Burada yerli "Qəbələ" "Zirə" ilə münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri sonuncu pillədən qurtulmaq üçün mütləq qələbə qazanmalı idi. Onlar buna darmadağınla nail olublar.
 
Günün digər oyununda "Keşlə" və "Sumqayıt" üz-üzə gəlib. Turnir cədvəlində qonşu olan bu komandaların duelinə maraq böyük idi. üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə başa çatıb.
 
"Səbail" bu turda "Neftçi"ni (1 dekabr), "Sabah" isə "Qarabağ"ı (2 dekabr) qəbul edəcək.
 
Azərbaycan Premyer Liqası
XIII tur
30 noyabr
 
"Keşlə" – "Sumqayıt" - 2:1
Qol: M. Boyoviç, 16. L.Frutos, 54 - Ə.Ağayev, 66.
"ASCO Arena". Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Fərid Hacıyev.


"Keşlə": 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 11. Ruslan Qurbanov, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 9. Lorenzo Frutos, 7. Tural Bayramlı

Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 14. Emin Mehtiyev, 22. Əfran İsmayılov, 6. Rəşad Sadiqov, 90. Orxan Fərəcov, 13. Pərviz Azadov, 97. Xəzər Mahmudov, 91. Samir Abdullayev

Baş məşqçi: Tərlan Əhmədov

"Sumqayıt": 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 46. Aleksey İsayev, 4. Şəhriyar Əliyev, 22. Sərtan Taşqın, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 70. Mehdi Şərifi, 5. Camaladdin Xocaniyazov, 18. Süleyman Əhmədov, 28. Səbuhi Abdullazadə

Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 97. Xəyal Nəcəfov, 2. Rail Məlikov, 7. Ehtiram Şahverdiyev, 14. Elvin Bədəlov, 11. Elgün Nəbiyev, 50. İlqar Qurbanov, 90. Rəhim Sadıxov, 20. Rüfət Abdullazadə

Baş məşqçi: Ayxan Abbasov

 

"Qəbələ" – "Zirə" - 3:0
Qollar: Rövlan Muradov, 13; Fernan Lopez, 41; Davit Volkov, 70
Qəbələ şəhər stadionu. Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Nicat İsmayıllı

"Qəbələ": 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 74. Yusif Nəbiyev, 9. Davit Volkov, 3. İviça Zuniç, 10. Klesio Bauk, 77. Merab Qiqauri, 21. Fernan Lopez, 6. İbrahima Niasse, 19. Rövlan Muradov, 2. Amin Seydiyev

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov, 7. Roman Hüseynov, 28. Murad Musayev, 14. ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 13. Kristian Kuaku, 20. Faiq Hacıyev, 22. Rüstəm Nuriyev, 15. Vüsal Məsimov

Baş məşqçi: Azər Bağırov

"Zirə": 28. Boyan Zoqoviç, 8. İlkin Muradov, 88. Tellur Mütəllimov, 7. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 27. Adrian Skarlatake, 18. Xulio Sezar Rodriges, 25. Miloş  Bakraç, 6. Alvaro Ampuero, 43. Riçard Qadze, 70. Nicat Süleymanov

Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 62. Abdulla Seyidəhmədov, 14. Bəxtiyar Həsənalızadə, 17. Robin Nqalande, 23. Mfo Kqasvane, 5. Anastasios Papazoqlu, 11. Soni Norde, 99. Rafael Məhərrəmli, 77. Cəlal Hüseynov

Baş məşqçi: Zaur Həşimov

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest