Qırğızıstan Futbol Federasiyasının vitse-prezidenti Dastanbek Konokbayev, federasiyanın İcraiyyə Komitəsinin üzvü Asılbek Kadıraliyev və Bişkek şəhər meriyasının üzvlərindən ibarət nümayəndə Bakıda səfərdədi. Matc.az xəbər verir ki, Qırğızıstan milli komandası üçün Bişkek şəhərində təlim-məş bazasının inşası planlaşıdırılır və bu səfərin məqsədi Bakı şəhərində yerləşən stadionlar, futbol infrastrukturu ilə tanışlıq, təcrübə mübadiləsidi. 
 
Qonaqlar bu gün Bakı Olimpiya Stadionuna baş çəkib, arena ilə tanış olublar. Qırğızıstan nümayəndə heyəti noyabrın 30-da gün ərzində "ASCO Arena", AFFA Futbol Akademiyası, Mərdəkan qəsəbəsindəki Milli Komandaların Məşq Mərkəzi və "Bakcell Arena"ya baxış keçirəcəklər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest