"Real"ın yarımmüdafiəçisi Hames Rodrigesin İngiltərəyə köçmək variantı yaranıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu "Arsenal"dan təklif alıb.

"Topçular" Kolumbiya millisinin üzvü ilə danışığa başlasa da, Hames düşünmədən "yox" cavabını verib. 28 yaşlı oyunçu "kral klubu"nda qalıb əsas heyət uğrunda mübarizə aparmaq istəyir.

Qeyd edək ki, Hames Rodriges iki mövsüm "Bavariya"da icarə əsasında çıxış etdikdən sonra "Real"a qayıdıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest