Avropanın ən yaxşı gənc futbolçusuna verilən "Golden Boy" mükafatının sahibi müəyyənləşib. Matc.az xəbər verir ki, "Atletiko"nun yarımmüdafiəçisi Joao Feliks bu titula yiyələnib.

O, Ceydon Sanço ("Borussiya", Dortmund) və Kay Havertslə ("Bayer") mübarizədən qalib ayrılıb. Feliks 332 səs toplayaraq, rəqibləri üçün əlçatmaz oldu. Sanço ikinci (175 səs), Haverts isə (75) üçüncü olub.

"Golden Boy" mükafatı dekabrın 16-da Turində keçiriləcək tədbirdə təqdim ediləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest