Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Ceydon Sanço İngiltərəyə köçə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Mançester Yunayted" gənc futbolçunun transferində israrlıdı.

"Qırmızı şeytanlar" 19 yaşlı oyunçunu bu keçidə inandıracağını düşünür. Hazırda həm Sançonun özü, həm də klubu ilə danışıqlar davam etdirilir. "Mankunianlar" hələ bu yay onu almağa çalışmış, lakin danışıqlar müsbət nəticələnməmişdi.

Qeyd edək ki, Ceydon Sanço "Real", "Barselona", PSJ və "Liverpul"un da gündəmindədi. Lakin "Mançester Yunayted" bu mübarizədə favorit sayılır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest