"Barselona"nın və Argentina millisinin kapitanı Lionel Messi mükafatına qovuşub. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, superulduz 2017-18 mövsümündə La Liqanın ən yaxşı futbolçusuna verilən mükafatı əldə edib.

"Qızıl top"un beşqat qalibi ötən mövsüm çempionatda keçirdiyi 36 oyunda 34 qola imza atmaqla buna nail olub.

Qeyd edək ki, "Barselona" keçən mövsüm ən yaxın izləyicisi "Atletiko"nu 14 xal qabaqlayaraq La Liqanın çempionu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest