Sabah Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"ı qəbul edəcək "Sevilya" digər tərəfdən transfer fəaliyyətini davam etdirir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Moskva MOİK-inin hücumçusu Fyodr çalov əndəlüs klubunun maraq dairəsinə düşüb.

La Liqa təmsilçisi hücum xəttindəki problemi 21 yaşlı oyunçu ilə həll etmək niyyətindədi. İdman direktoru Ramon Monçi bununla bağlı ruslarla danışığa başlayıb. "Sevilya" gənc oyunçunu mövsümün sonunda transfer etmək istəyir və indidən MOİK-lə razılığa gəlməyə çalışır.

Qeyd edək ki, Fyodr çalov həmçinin "çelsi" və "Kristal Pelas"ın gündəmindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest