AFFA İntizam Komitəsinin (İK) bu gün keçirilən iclasında aşağı yaş qrupu üzrə liqalarla bağlı sərt cəzalar tətbiq olunub. Matc.az saytının məlumatına görə, bir neçə komandaya texniki məğlubiyyət verilib.

Region Liqasının "İmişli" – "Mil", U-13 Qızlar Liqasının "Marxal" (Şəki) – "Balakən", futzal üzrə İkinci Liqanın "Emin Spor" – "Baker Hughes" oyununda birincilər, U-14 Liqasının "Zirvə" (Xırdalan) – İOEUGİM (Sumqayıt), U-10 Liqasının "Gəncə" TİM – UGİM Gənclərbirliyi, U-13 Qızlar Liqasının "Aran" FK (Ağcabədi) – "Mələklər" (Lənkəran) görüşündə isə ikincilər təyin olunan vaxtda meydanda olmadığına görə, texniki məğlubiyyətlə cəzalandırılıb. Digərlərinə 0:3, "Emin Spor"a isə 0:5 hesablı məğlubiyyət verilib.

Bundan başqa, UGYTŞ-nın Siyəzən region üzrə "Şahdağ" klubunun heyətində Sahil Əlimovun əvəzinə qardaşı Balamirzə Əlimovun iştirak etməsi aşkarlanıb. Bu səbəbdən futbolçunun iştirak etdiyi bütün matçlara 0:3 hesablı texniki məğlubiyyət verilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest