"Yuventus"un hücumçusu Kriştianu Ronaldo çempionlar Liqasının qrup mərhələsində "Atletiko" ilə keçiriləcək oyunu buraxa bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu "qoca sinyora"nın baş məşqçisi Mauritsio Sarri deyib.

Təcrübəli mütəxəssis superulduzun artıq kollektivlə məşqlərdə iştirak etdiyini bildirib. Ancaq o, portuqaliyalı forvardın bugünkü matçda meydana çıxmamaq ehtimalının olduğunu da gizlətməyib: "Bu qədər qazanan oyunçu əvəzlənməyə qəzəblənirsə, deməli, hələ çox motivasiya var. Bazar günü Kriştianu komanda yoldaşları ilə birlikdə məşq edib. Vəziyyətinin yaxşılaşdığı görünür, amma yenə də nəzərdən keçirməliyik. Yaxşı xəbər budu ki, məşq boyu oynaya biləcək performans göstərdi".

Qeyd edək ki, Ronaldo A seriyasının ötən turunda "Atalanta" ilə matçı buraxmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest