"Sabah"ın yeni baş məşqçisi bəlli olub. Matc.az xəbər verir ki, komandanı bundan sonra xorvat mütəxəssis Jelko Sopiç çalışdıracaq. 45 yaşlı məşqçi ilə 1,5 illik müqavilə bağlanıb. Məlumatı klubun rəsmi saytı yayıb.

Sopiç futbolçu karyerası ərzində Xorvatiyanın "Zaqreb", "Slaven Belupo", "Lokomotiva", Almaniyanın "Borussiya" (Mönhenqladbax), "Rot Vays Alen" klublarında çıxış edib.

Xorvatiyalı mütəxəssis məşqçi karyerasına Zaqrebin "Lokomotiva" klubunda (2011/12) başlayıb. Bu klubda köməkçi məşqçi kimi çalışmış Sopiç daha sonra Xorvatiyanın "Rudes" (2012/15) və "Dinamo Zaqreb B" (2015/16) klublarında baş məşqçi, "Dinamo Zaqreb"in əsas komandasında (2016/17), Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əyn" klubunda (2017/18) köməkçi məşqçi, "Əl-Əyn"in U-21 komandasında (2018/19) baş məşqçi vəzifəsində çalışıb. 2016/17 mövsümündə 1 ay Zaqreb "Dinamo"unda, 2018/19 mövsümündə isə 3 oyunda "Əl-Əyn"də baş məşqçi funksiyasını yerinə yetirib.

"Əl-Əyn"lə BƏƏ çempionluğunu və "Prezident kuboku"nu qazanıb (2017/18). Bu klubun U-21 komandası ilə ölkə çempionu olub (2018/19).

Qeyd edək ki, müvəqqəti olaraq baş məşqçi funksiyasını yerinə yetirən İqor Ponomaryov klubda Müşahidə Şurasının üzvü kimi fəaliyyətini davam etdirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest