Kosovo yığmasının UEFA Millətlər Liqasında Malta və Azərbaycanla oyunlar üçün açıqlanan heyətində dəyişiklik edilib. Matç.az Kosovo Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bu barədə baş məşqçi Bernar Şalland məlumat verib.

O bildirib ki, yarımmüdafiəçi Bersant Tselina heyətdən çıxarılıb. Buna səbəb "Suonsi"nin 22 yaşlı oyunçusunun zədələnməsidi: "Tselina şənbə günü klubunun heyətində zədələndi. Həkim müayinəsindən sonra məlum oldu ki, o, bizə kömək edə bilməyəcək". Tselinanı millidə "Lütsern"in hücumçusu Şelkim Demasay əvəz edib.

çalışdırıcı müdafiəçi Merqim Voyvodanın isə zədəsinin ciddi olmadığını və onun kollektivlə məşqlərdə iştirak etdiyini söyləyib.

Qeyd edək ki, Kosovo noyabrın 17-də Malta, 20-də isə Azərbaycanla qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest