AFFA rəhbərliyi yeniyetmə futbolçuların inkişafı, daha rəqabətli mühitdə məşq keçməsi məqsədilə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının iki üzvünü  İspaniyanın Barselona şəhərində fəaliyyət göstərən "Marcet" Futbol Akademiyasına göndərib. Matc.az xəbər verir ki, bunlar Rauf Rüstəmlini ("Qəbələ") və Musa Musazadədi ("Qarabağ").

Futbolçular adıçəkilən akademiyada bu gündən dekabrın 22-dək (4 həftə) təcrübə keçəcək, gündəlik məşqlərlə paralel nəzəri məşğələlərdə də iştirak edəcəklər.

Mənbə: affa.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest