Futbol üzrə Fransa çempionatında 14-cü tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə üç görüş baş tutub. 
 
Səfərdə "Bordo" ilə qarşılaşan "Monako" bu oyundan məğlubiyyətlə ayrılıb. "Sent-Etyen" – "Monpelye" matçında hesabı açılmayıb. "Tuluza" isə evdə Marsel "Olimpik"inə məğlub olub.
 
Fransa Liqa 1
14-cü tur
22 noyabr
 
PSJ – Lill 2:0
Qol: İkardi, 17. Di Mariya, 31.
 
23 noyabr
 
Olimpik (Lion) – Nitsa 2:1
Qol: Adelayde, 11. Dembele, 28 – Dollberq, 78.
 
Amyen – Strasburq 0:4
Qol: Kasi, 43. Ayorke, 56. Motiba, 72. Da Kosta, 76.
 
Anje – Nim 1:0
Qol: Manqani, 67.
 
Brest – Nant 1:1
Qol: Kardona, 68 – Kulibali, 31.
 
Dijon – Renn 2:1
Qol: Sammartino, 70. Munir, 83 – Rafinya, 59.
 
Mets – Reyms 1:1
Qol: Traore, 47 – Disasi, 7.
 
24 noyabr
 
Bordo – Monako 2:1
Qol: Pablo, 29. De Preville, 69-pen – Slimani, 15.
 
Sent-Etyen – Monpelye 0:0
 
Tuluza – Olimpik (Marsel) 0:2
Qol: Benedetto, 76. Radonyiç, 79.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest