İngiltərənin "Vulverhempton" klubu futbolçusu Joao Moutinyonun müqaviləsinin müddətini uzadıb. Matc.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi ilə müddəti 2022-ci ilə qədər olan sözləşmə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
2018-ci ilin yayından "Vulverhempton"da çıxış edən Moutinyonun əvvəlki müqaviləsi mövsümün sonunda bitirdi.
 
Bu mövsüm "canavarlar"la 23 oyuna çıxan portuqaliyalı yarımmüdafiəçi 1 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest