İspaniya La Liqasının XII turunda "Selta"nın qonağı olan "Real" səfər qələbəsinə (4:2) doyunca sevinə bilməyib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb "kral klubu"nun iki üzvünün zədələnməsidi.

Belə ki, yarımmüdafiəçi Kasemiro 19-cu dəqiqədə sağ ayaq topuğundan, müdafiəçi Naço isə 71-ci dəqiqədə sağ diz yan bağlarından xəsarət alaraq əvəzlənmişdi. Oyunçuların durumu barədə dəqiq məlumat verilməsə də, Kasemironun 3 həftə, Naçonun isə 2 ay yaşıl meydanlardan uzaq qalması gözlənilir.

Qeyd edək ki, Dani Karvahal, Rafael Varan, Marselo və Xesus Valyexo zədə ucbatından "Selta" ilə görüşü buraxmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest