Bu gün futbol üzrə İtaliya A Seriyasında 13-cü tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib. 
 
Açılış oyununda lider "Yuventus" "Atalanta"nın qonağı olub. Turin təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.
 
Turun mərkəzi görüşündə "Milan" "Napoli" ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüş heç-heçə başa çatıb. "İnter" isə bu turda "Torino" səfərinə yollanıb və darmadağınla qalib gəlib.
 
İtaliya A Seriyası
13-cü tur
23 noyabr
 
Atalanta – Yuventus 1:3
Qol: Qosens, 56 – İquayn, 74; 82. Dibala, 90+2.
 
Milan – Napoli 1:1
Qol: Bonaventura, 29 – Lozano, 24.
 
Torino – İnter 0:3
Qol: Martines, 12. De Vriy, 32. Lukaku, 55.
 
24 noyabr
 
15:30 Bolonya – Parma
18:00 Roma – Breşiya
18:00 Sassuolo – Latsio
18:00 Verona – Fiorentina
21:00 Sampdoriya – Udineze
23:45 Leççe – Kalyari
 
25 noyabr
 
23:45 SPAL – Cenoa

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest