Futbol üzrə Rusiya Premyer Liqasında 17-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Moskva "Dinamo"su da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Rostov"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.
 
Ramil bu görüşün iştirakçısı olmayıb. Millimizin forvardı sonadək ehtiyatda qalıb.
 
"Dinamo" 17 turdan sonra 21 xalla 16 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest