Türkiyə klubu "Konyaspor"da gözlənilməz ayrılıq baş verib. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Rıza çalımbay vəzifəsindən istefa verib.

Qərarın səbəbi barədə hələlik heç bir rəsmi açıqlama verilməyib. Maraqlıdı ki, "Konyaspor" Superliqanın geridə qalan turunda evində "Ankaragücü"nü məğlub etmişdi (2:0).

Qeyd edək ki, "Konyaspor" 12 turdan sonra 17 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest