Argentinanın "Ximnasiya" klubunun baş məşqçisi Dieqo Maradonanın bir neçə gün öncə istefa verdiyini xəbər vermişdik. Matc.az xəbər verir ki, argentinalı mütəxəssis klub rəhbərliyi ilə fikir ayrılığına görə postundan ayrılmışdı.
 
Lakin Argentina mətbuatının yaydığı məlumata görə, Maradona iki günlük ayrılıqdan sonra fikrini dəyişib. O, azarkeşlərin də dəstəyi ilə işinin başına qayıdıb. Fanatlara və futbolçulara təşəkkürünü bildirən mütəxəssis klub rəhbərliyinin də verdiyi sözlərə əməl edəcəyinə inandığını söyləyib.
 
Xatırladaq ki, Maradona bu komandanı 2019-cu ilin sentyabr ayından etibarən çalışdırır. "Ximnasiya" bu müddət ərzində 8 oyuna çıxıb, 3 qələbə qazanıb, 5 məğlubiyyətlə üzləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest