Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Kristian Luyindama əməliyyat olunacaq. Matc.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. 
 
Luyindama Konqo milli komandasının heyətində Qambiyaya qarşı keçirilən oyunda zədələnmişdi.
 
Türkiyə mətbuatının xəbərinə görə, 25 yaşlı müdafiəçi ən azı 5-6 ay yaşıl meydanlardan uzaq qalacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest