"U-21-in baş məşqçisi Milan Obradoviç üçün ilk seçmə mərhələdi. Komandamızın 6 xalı var və şanslarımız davam edir. Hələlik Obradoviçin işindən razıyıq. U-21 mərhələ bitəndə əsas komandaya oyunçu verməlidi. U-19 yığması 3 xal qazandı".

"Məqsədimiz qrupun üst sıralarında olmaq idi. Anlayırdıq ki, rəqiblərimizin reytinqi bizdən xeyli üstün idi. Komandamız son oyunlarda müdafiə futbolu oynadı. Bu da baş məşqçinin tapşırığı idi". Matc.az saytının məlumatına görə, bu sözlər AFFA-nın baş katibi Elxan Məmmədova məxsusdu.

Qurum rəsmisi Azərbaycan Radiosu 105-FM-də "Extra Time" proqramının qonağı olub. Bir çox məsələlərə aydınlıq gətirən Məmmədov millimizin AVRO-2020-nin seçmə mərhələdə topladığı 1 xalın uğursuz olduğunu söyləyib.

O, baş məşqçi Nikola Yurçeviçin qarşıya qoyulan məqsədə çata bilmədiyini deyib: "Məqsəd sonuncu olmamaq və maksimum daha üst sıralara yüksəlmək üçün səy göstərmək idi. Bəli, baş məşqçi məqsədə çata bilmədi. Amma indidən deyə bilmərəm ki, onunla yolları ayıracağıq. çünki qərarı İcraiyyə Komitəsi verir".

Baş katib digər yığmalarımızın son nəticələrinə də toxunub. O, U-17-nin çıxışını faciə adlandırıb: "U-21-in baş məşqçisi Milan Obradoviç üçün ilk seçmə mərhələdi. Komandamızın 6 xalı var və şanslarımız davam edir. Hələlik Obradoviçin işindən razıyıq. U-21 mərhələ bitəndə əsas komandaya oyunçu verməlidi. U-19 yığması 3 xal qazandı. Samir Əliyev üçün bu ilk seçmə mərhələ idi. çox güman ki, Samir müəllim işini davam etdirəcək. Amma U-17 yığmamız faciə yaşadı – xal toplaya bilmədi. Halbuki hazırlıq üçün əla şərait yaradılmışdı. Hazırda məşqçi tərəfindən hesabat hazırlanır. Ancaq iş göz qabağındadı – 0 xal, çoxlu sayda buraxılan qollar".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest