I divizionda XI tura yekun vurulub. Matc.az saytının məlumatına görə, turun son günündə 2 görüş baş tutub.

Liderlər qrupunda qərarlaşan "Turan Tovuz" Şəmkirdə baş tutan qarşılaşmada "Qarabağ"ın ikinci komandasını böyük hesabla məğlub edib. Həmçinin "Sabah-2" də turu 3 xalla qapayıb.

 

I divizion

XI tur

22 noyabr

"Turan Tovuz" - "Qarabağ-2" - 3:0

Qollar: Elçin Qasımov, 64; İlkin Sadıqov, 85, 89

"Ağsu" - "Sabah-2" - 0:4

Qollar: Bəxtiyar Soltanov, 27, 67; Emil Qasımov, 57; Cavid Nəcizadə, 88

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest