Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı oyunları ilə əlaqədar Topaz Premyer Liqasında və I divizionda fasilə elan olunub. Matç.az-ın "Sabah"ın feysbuk səhifəsinə istinadən məlumatına görə, komanda fasilə zamanı yoxlama görüşündə qüvvəsini sınayacaq.

Premyer Liqanın debütantı I divizionun məğlubedilməz lideri MOİK-lə üz-üzə gələcək. Noyabrın 17-də Masazırdakı "Əlincə Arena"da keçiriləcək oyun saat 14.00-da start götürəcək.

Qeyd edək ki, hazırda çempionatda 4-cü pillədə qərarlaşan "Sabah"ın aktivində 16 xal var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest