"Sabah"ın yarımmüdafiəçisi Hendrik Ekşteyn ölkəsi Cənubi Afrika Respublikasında (CAR) turnir keçirir. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, 28 yaşlı futbolçu vətənində futbolun inkişafına bu yolla töhfə vermək istəyir.

17 yaşadək futbolçulardan ibarət 16 komanda dekabrın 27-30-da keçiriləcək turnirdə olimpiya sistemi üzrə yarışacaq. Qaliblər pul mükafatı, medallar və kubokla təltif olunacaq.

Ekşteyn özü Azərbaycan Premyer Liqasında qış fasiləsi yarandıqdan sonra yollanacaq. Belə ki, oyunçu dekabrın 24-də vətəninə gedəcək.

Turnirin təşkili ilə "Hendrik Ekşteyn Fondu" məşğuldu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest