Azərbaycanın və "Qəbələ" İdman Klubunun təmsilçisi Bəxtiyar Abbasov növbəti döyüşünü keçirəcək. Matc.az xəbər verir ki, 33 yaşlı idmançı Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq MMA üzrə "UAE Warriors9" çərçivəsində qüvvəsini sınayacaq.

Orta çəki dərəcəsində mübarizə aparan döyüşçümüz Belarus təmsilçisi İqor Litoşiklə qarşılaşacaq. Noyabrın 29-da baş tutacaq görüş Abu-Dabidəki "Mubadala Arena"da keçiriləcək.

Bu, hər iki idmançının 23-cü peşəkar döyüşü olacaq. Bəxtiyarın hesabında 17 qələbə və 5 məğlubiyyət var. Onun rəqibi isə 14 dəfə qalib gəlibsə, 8 dəfə uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest