SOCAR "Fənərbaxça"nın sponsoru olacaq?

Türkiyə mətbuatında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə bağlı yeni iddia ortaya atıb. Matc.az-ın haber.com saytına istinadən məlumatına görə, şirkətin adı indi də "Fənərbaxça" ilə birgə hallanır.

Belə ki, iddiaya əsasən, SOCAR İstanbul nəhənginin sponsoru ola bilər. Doğrudu, məsələ ilə bağlı hər iki tərəfdən açıqlama verilməyib. Ancaq həmkarlarımız tərəflər arasında danışıqların sürətlə davam etdiyini vurğulayıb. Yazılanlara inansaq, razılıq əldə olunarsa, klubun adı ya "Fənərbaxça SOCAR", ya da "SC Fənərbaxça" olacaq. Sözləşmənin 15 ili əhatə etməsi gözlənilir ki, bu, Superliqa təmsilçisinə 450 milyon avro qazandıra bilər. Əgər "Fənərbaxça" ad haqqını satmağa razılıq versə, klubun bütün borcları da bağlanacaq.

SOCAR-ın bu yarışda rəqibi də var. Belə ki, "Redbull" da "Fənərbaxça"ya sponsorluq etmək niyyətindədi.

Qeyd edək ki, Türkiyə KİV-i bir müddət əvvəl SOCAR-ın "Trabzonspor"a sponsorluq edə biləcəyini yazmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest