"Barselona"nın müdafiəçisi Jan-Kler Todibo karyerasını Almaniyada davam etdirməyə yaxındı. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, mərkəz müdafiəçisi "Bayer"lə anlaşmaq üzrədi.

Leverkuzen təmsilçisi təkcə icarəyə götürmək yox, eyni zamanda onu birdəfəlik transfer etmək barədə düşünür. Keçid Bundesliqa klubuna 10 milyon avroya başa gələ bilər. "Barselona" isə Fransa millisinin üzvünü yenidən qaytarmaq şərti ilə bu transferə razılıq verir.

Qeyd edək ki, Todibo "Barselona"ya bu ilin yanvarında "Tuluza"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest