"Nazim Süleymanovun istefa verdiyini indi öyrəndim. Bir məşqçi istefa verəndə boşda olanların adının hallanması normaldı".

"Sumqayıt"da baş məşqçi istefasını ilk dəfə sizdən eşidirəm. Bu klubdan heç kim mənimlə əlaqə saxlamayıb". Bu sözləri matç.az saytına açıqlamasında "Sumqayıt"ın "sükanı arxası"na keçməsi gözlənilən Ayxan Abbasov deyib.

Nazim Süleymanovla yollarını ayıran "gənclik şəhəri" təmsilçisində baş məşqçi postuna ən real namizəd Abbasov hesab edilir. Hətta tərəflər arasında danışıq olduğu da vurğulanır.

Ancaq Abbasov bunu təkzib edib: "Açığı, Nazim Süleymanovun istefa verdiyini indi öyrəndim. Bir məşqçi istefa verəndə boşda olanların adının hallanması normaldı. Bir müddət əvvəl "Keşlə"yə keçəcəyim də deyilirdi. "Sumqayıt"dan heç bir təklif almamışam. Təklif gələrsə, düşünmək olar".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest