"Real" daha bir futbolçusunu itirib. Matc.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, yarımmüdafiəçi Lukas Vaskes sıradan çıxıb. Tibbi müayinə zamanı İspaniya millisinin üzvünün sol ayağının baş barmağında sınıq aşkarlanıb. Ancaq hələlik onun bərpa prosesinin nə vaxta çəkəcəyi barədə məlumat yayılmayıb.

Qeyd edək ki, Lukas Vaskes bu mövsüm 7 oyunda iştirak edib, 1 qol, 1 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest