"Real" hücumçusu Qaret Beyllə yollarını ayırmaq qərarına gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçunun son hərəkəti madridliləri bu addıma vadar edib.

Belə ki, AVRO-2020-nin seçmə mərhələsində Macarıstan üzərində qazanılan qələbədən sonra (2:0) üzərində "Uels, qolf, Madrid" yazılan bayraqla şəkil çəkdirən 30 yaşlı oyunçunun bu davranışı "kral klubu"nun azarkeşləri və rəhbərliyinin qəzəbinə səbəb olub. Eden Azar və Rodriqo formaya düşdüyündən, baş məşqçi Zinəddin Zidan da artıq Beylə ehtiyac duymur. Bu üzdən ispanlar indidən oyunçunu transferə çıxarıb, onunla bağlı təkliflər gözləyirlər.

Qeyd edək ki, Qaret Beylin "Real"la müqavilə müddəti 2022-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest