"Barselona"nın müdafiəçisi Jerar Pike karyerasını bitirəcəyi klubun adını açıqlayıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu hazırkı komandasını heç vaxt tərk etməyəcək.

32 yaşlı oyunçu müqavilə müddəti başa çatdığı zaman, yəni 2022-ci ilin yayında futboldan gedəcəyini vurğulayıb: "Karyeramı "Barselona"da başa vuracam. Ən ideal variant müqavilə müddətimin sonuna qədər burda oynamaqdı. Ancaq meydana çıxmasam, bu ayrılıq daha tez baş verəcək".

Qeyd edək ki, Jerar Pike 2008-ci ildən "Barselona"nın əsas komandasının formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest