Almaniyanın "Borussiya" klubu futbolçusu Florian Noyhausun müqaviləsinin müddətini artırıb. Matc.az xəbər verir ki, Münhenqladbax təmsilçisi 22 yaşlı yarımmüdafiəçi ilə müddəti 2024-cü ilin iyununa qədər olan sözləşmə imzalayıb. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Noyhaus bu mövsüm Bundesliqada 10 oyuna 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest