15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı olacaq. Matc.az xəbər verir ki, toplanış noyabrın 21-də başlayacaq.

2005-ci il təvəllüdlü futbolçular ayın 28-dək Bakıda elit-məşq layihəsi çərçivəsində hazırlıq keçiriləcək. Bu prosesə isə 28 oyunçu dəvət edilib.

U-15-in heyəti: Tamirlan Məmmədov, Hacıəli Şirəliyev, Təhmasib Həmidli, Ayhan Nəsirli, Yaqub Yusubov (hamısı "Səbail"), Məmməd Muradov, Sənan Kərimov, Ravil Qafarov, Okan Təhməzli, Şahin Şahniyarov, Eşqin Əhmədov, Sənan Ağalarov (hamısı "Qəbələ"), Emil Həbibov, Həmzəli Mikayılov, Firuddin Qasımov, Fəxri Məmmədli, Səbuhi Qurbanov (hamısı "Sabah"), Xəyal Feyzullayev, Sənan Hüseynov, İbrahim Nağıyev, Kənan Cavadlı (hamısı "Sumqayıt"), ömər Qurbanov, İbrahim İbrahimli (hər ikisi "Neftçi"), Aqil Əzimli, İftixar İbrahimov (hər ikisi "Keşlə"), İbrahim Ağayarov, Cavid Məmmədli (hər ikisi "Qarabağ"), Emin Huseynzadə ("Binə").

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest