AVRO-2020-nin seçmə mərhələsində Ermənistanı qəbul edən İtaliya yığması rəqibini darmadağınla yola salıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Skuadra Adzurra" 9:1 hesablı qələbə ilə 71 illik göstəricini təkrarlayıb.

Belə ki, buna qədər İtaliya yığması sonuncu dəfə 1948-ci ildə ABŞ-ın qapısından 9 top keçirə bilmişdi. Komanda həmçinin 1920-ci ildə Fransanı 9:0, 1928-ci ildə isə Misiri 11:3 hesabı ilə məğlubiyyətə uğratmağı bacarıb.

İtalyanların baş məşqçisi Roberto Mançini isə bu komandanın "sükanı arxası"nda ardıcıl 11 qələbə sevinci yaşayan ilk mütəxəssis kimi tarixə düşüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest