"Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçev karyerasını vətənində davam etdirə bilər. Matc.az xəbər verir ki, bu barədə məlumatı Bolqarıstan mətbuatı yayıb.

Bildirilir ki, orta sahə oyunçusunun Bolqarıstan millisinin matçları üçün ölkəsinə yollanmasından yararlanan "Levski" onunla danışıq aparıb. Sofiya təmsilçisi 26 yaşlı futbolçuya sərfəli təkliflə müraciət edib.

Onlar həmçinin Paraqvayla yoldaşlıq, çexiya ilə seçmə mərhələ oyununu ehtiyatdan keçirən Slavçevi yığmada əsas heyətdəki yerini qaytaracağına inandırmağa çalışıb. Yeganə problem Slavçevin "Qarabağ"la müqavilə müddətinin 2021-ci ilin yayına qədər olmasıdı. Ancaq Ağdam klubu heyətə düşməkdə çətinlik çəkən oyunçusunun gedişinə qarşı deyil. Təbii ki, "Levski" rəhbərliyi bununla bağlı Azərbaycan təmsilçisinin də razılığını almalı olacaq.

Qeyd edək ki, Simeon Slavçev "Qarabağ"a ötən ilin yayında "Sportinq"dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest