"Zirə"nin futbolçusu Mfo Kqasvane Botsvana yığmasının heyətində növbəti oyununu keçirib. Matc.az saytının məlumatına görə, hücumçunun komandası Əlcəzairlə üz-üzə gəlib.

Qaboronedə baş tutan H qrupunun matçının nəticəsini 1 qol həll edib. Belə ki, Yusef Belailinin 15-ci dəqiqədə vurduğu top Əlcəzairə 1:0 hesablı qələbə qazandırıb. Görüşə ehtiyatdan başlayan Kqasvane 58-ci dəqiqədə meydana daxil olub.

üç gün əvvəl qrupun ilk oyununda Zimbabve ilə qolsuz bərabərə qalan Botsvana aktivindəki 1 xalla 3-cü sırara yer alır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest