PSJ-nin hücumçusu Edinson Kavani mövsümün sonunda komandasını dəyişəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, uruqvaylı forvard karyerasını elə Avropada davam etdirmək fikrindədi.

Bunu ulduz futbolçunun meneceri bildirib. O, "Los-Anceles Qalaksi"dən təklif almalarına baxmayaraq, Kavaninin hələ də Avropada oynamaq gücündə olduğunu düşünür: "Gələn yay Kavaninin bir çox variantı olacaq. Təxminən 3 il ən yüksək səviyyədə oynaya bilər. Avropada qala bilər. Bəzi klublarla əlaqə qurulur, amma bir şey söyləmək üçün hələ tezdi".

Qeyd edək ki, 2013-cü ildən PSJ-nin formasını geyinən Edinson Kavaninin klubla müqavilə müddəti cari mövsümün sonuna qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest