"Bavariya"nın sabiq futbolçusu Aryen Robben yenidən futbola qayıdıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ötən mövsümün sonunda futbolçu karyerasını bitirən hollandiyalı məşqçiliyə başlayıb.

O, "Qryunvald" klubunda məşqçiliyin sirlərini öyrənməklə məşğuldu. O, 7-8 yaşlı uşaqlardan ibarət komandaya rəhbərlik edir. Hansı ki, həmin komandada öz oğlu Kay, həmçinin Frank Riberinin oğlu və Karl-Hayns Rumenniggenin nəvəsi də çıxış edir.

Qeyd edək ki, Aryen Robben 2003-2017-ci illərdə Hollandiya yığmasının formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest