“Zirə”nin baş məşqçisi Zaur Həşimov bu gün “Sumqayıt”a qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Matc.az xəbər verir ki, o, qolsuz bitən matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
 
“Qarşılaşmanı keçirməkdə əsas məqsədimiz az meydana çıxan və zədədən qayıdan futbolçuların oyun praktikası qazanması idi. İstəyirdik ki, bir az oyunu, meydançanı hiss etsinlər. Hazır vəziyyətdə olan 10 futbolçumuz var idi, elə onlarla da meydana çıxdıq. Heç bir limitə fikir verməmişdik. Start heyətində 8 legioner çıxmışdı. Futbolçularda istədiyimizi görə bildik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest