"Neftçi"nin da maraq dairəsində olan Seydiyevin "Qəbələ" ilə müqaviləsi davam edir. "Qırmızı qaralar" yalnız öz durumlarına aydınlıq gəldikdən sonra Aminlə bağlı qərar verəcəklər. Klub büdcəsini qaydasına sala bilsə, müdafiəçini buraxmayacaq.

"Qəbələ" qış fasiləsində daha bir neçə futbolçusunu itirə bilər. Matc.az xəbər verir ki, digər Premyer Liqa klubları əyalət təmsilçisinin bəzi futbolçularına göz qoyub. Amin Seydiyev bir ildən artıqdı ki, "Zirə"nin hədəfindədi. "Qartallar" müdafiəçini indiyədək düşərgəsinə gətirə bilməyib, lakin bu qışda istəklərinə çatacaqlarına ümid edirlər.

 "Neftçi"nin da maraq dairəsində olan Seydiyevin "Qəbələ" ilə müqaviləsi davam edir. "Qırmızı qaralar" yalnız öz durumlarına aydınlıq gəldikdən sonra Aminlə bağlı qərar verəcəklər. Klub büdcəsini qaydasına sala bilsə, müdafiəçini buraxmayacaq.

Davit Volkovun Qəbələdən ayrılacağı isə mümkün görünür. Gürcü yarımmüdafiəçiylə "Keşlə" danışıqlara başlayıb. Son turlarda xüsusilə inamlı təsir bağışlayan cinah oyunçusu bakılılarla şifahi razılığa gəlib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest