Premyer Liqada yaranmış fasilədən səmərəli istifadə etmək istəyən "Qəbələ" və "Səbail" klubları yoxlama oyunu keçirməyə qərar veriblər. Matc.az xəbər verir ki, elita təmsilçiləri sabah bir-biri ilə üz-üzə gələcək.
 
Qarşılaşma "Asco Arena"da baş tutacaq. Matça saat 16:00-da start veriləcək.
 
Xatırladaq ki, "Qəbələ" ilə "Səbail" Premyer Liqadakı fasilə ərəfəsində məhz bir-biri ilə qarşılaşıb. 11-ci tur çərçivəsində Qəbələdə baş tutan oyunda meydan sahibləri 3:0 hesablı qələbəyə sevinmişdilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest