Ukrayna Premyer Liqasında uğursuz çıxış edən "Vorskla" baş məşqçisi Vitali Kosovski ilə yollarını ayırıb. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, klub rəhbərliyi bu posta "Keşlə"nin sabiq baş məşqçisi Yuri Maksimovu gətirmək niyyətindədi.

2017-18 mövsümündə "Keşlə"ni çalışdırdıqdan sonra Azərbaycan klubunu tərk edən və həmin vaxtdan işsiz qalan Maksimov hazırda "Vorskla" rəhbərliyi ilə danışıq aparır. 50 yaşlı mütəxəssis tez-tez Azərbaycan klublarının da maraq dairəsinə düşür.

Qeyd edək ki, "Vorskla" 14 turdan sonra 8 xalla turnir cədvəlinin sonuncu - 12-ci pilləsində qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest