İspaniyanın "Valensiya" klubu qapıçısı Xaume Domeneklə yeni müqavilə imzalayıb. Matc.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Yeni müqavilənin müddəti 2023-cü ilin yayında başa çatacaq. Əvvəlki müqavilənin müddəti 2022-ci ildə bitəcəkdi.
 
Klub qolkiperə qiymət də qoyub. 2023-cü ilə qədər hansısa klub Xaumeni heyətində görmək istəsə, "Valensiya"ya 50 milyon avro təzminat ödəməlidi.
 
29 yaşlı ispaniyalı qolkiper 2013-cü ildən "Valensiya"da çıxış edir. O, bu mövsüm cəmi 2 oyuna çıxıb. çünki La Liqa təmsilçisinin əsas qapıçısı Yasper Sillesendi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest