Futbol üzrə Bolqarıstan yığması yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Simeon Slavçevin formasını geyindiyi kollektiv doğma meydanda Paraqvay milli komandası ilə üz-üzə gəlib.
 
Sofiyada baş tutan matç bolqarların məğlubiyyəti ilə başa çatıb – 0:1. Zədədən yeni qayıdan Slavçev bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
 
Qeyd edək ki, Bolqarıstan yığması noyabrın 17-də Aç-2020-nin seçmə mərhələ çərçivəsində çexiyanı qəbul edəcək. "Qarabağ"ın yarımmüdafiəçisinin həmin oyuna qədər hazır olması gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest