"çelsi"nin hücumçusu Olivye Jiru karyerasını İtaliyada davam etdirməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Fransa millisinin üzvü "İnter"ə keçməyə çox yaxındı.

Tərəflər arasında danışıqlar, demək olar ki, müsbət yekunlaşıb. Jiru əvvəlcə "İnter"dən 2022-ci ilin yayına qədər müqavilə tələb edirdi. Həmçinin illik maaş kimi 8 milyon avro istəyib. Anlaşmanın şərtləri barədə məlumat verilməsə də, oyunçu ilə ortaq məxrəcə gəlinib. Bu transferin "neradzurra"ya 7 milyon avroya başa gəlməsi gözlənilir.

Qeyd edək ki, Olivye Jiru bu mövsüm "çelsi"nin heyətində 6 oyun keçirib, 1 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest