AFFA İntizam Komitəsinin (İK) bu gün keçirilən iclasında bir sıra sərt cəzalar tətbiq edilib. Matc.az saytı xəbər verir ki, komitə aşağı yaş qrupu üzrə liqalardakı neqativ halları müzakirə edib.

Xüsusən də, hakimləyə qarşı aqressivlik sərt şəkildə cavabını alıb. Bu baxımdan "Xəzər Lənkəran" – "Masallı" qarşılaşması diqqətçəkən olub.

Belə ki, U-14 Liqasının "Xəzər Lənkəran" – "Masallı" oyununda birincilərin futbolçusu Rafael Eyvazov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 2 oyun cəzalandırılıb. Az sonra yetirməsindən dala qalmayan "Xəzər Lənkəran"ın baş məşqçisi İqbal Babayev meydançaya daxil olaraq, söyüşlə kifayətlənməyib, ona fiziki təzyiq də göstərib. Bu, onun 10 oyunluq diskvalifikasiyasına səbəb olub. Rəqib məşqçini söyən "Masallı"nın baş məşqçisi Sehran Babayevin cəzası isə 2 oyun olub.

U-13 Liqasının "Kəpəz" – "Azəri TİM" matçında "Kəpəz"ın rəsmi nümayəndəsi Məhəmməd Məmmədov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 10 oyunluq cəzalandırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest