"çox uşaqlıq edirəm". Matç.az saytı xəbər verir ki, bunu "Beşiktaş" klubunun sabiq futbolçusu Serenay Aktaş deyib.

Fotokameralar önündə poza verməklə gözəlliyini nümayiş etdirən türkiyəli şəxsi həyatı ilə bağlı müsahibə verib. Serenay bəzi maraqlı məqamları qeyd edib: "İndi də cizgi filmlərinə baxıram. Evdə ailə üzvlərinə  uşaq kimi dəcəllik edir, ərköyünlüyə çalışıram. İçimizdəki uşaqlı hissini qorumalıyıq".

Serenay pərəstişkarlarından aldIğı ən qeyri-adi mesajı da açıqlayıb: "Heyranlarımdan biri mənə çox qeyri-adi mesaj yazmışdı. O deyirdi ki, "zəngli saatım ol, məni hər səhər yuxudan oyat". Söz verirdi ki, heç vaxt bu saatı ertələməyəcək".

25 yaşlı sabiq futbolçunun maraqlı inancı da üzə çıxıb: "Saatın zəngini qurarkən, sosial şəbəkələrdə paylaşım edərkən bir şeyə diqqət yetirirəm. Saat və dəqiqəni göstərən rəqəmlər arasında 7 olmamalıdı".

Qeyd edək ki, Serenay karyerası ərzində "Zeyrınburnuspor", "Fatih Vatan Spor", "Antalyaspor" və "Beşiktaş"da çıxış edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest