Avstriya yığmasının hücumçusu Marko Arnautoviç maraqlı açıqlama ilə diqqət çəkib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 30 yaşlı forvard Avropa çempionatının final mərhələsinə qatılmaq arzusunu dilə gətirib.

Hazırda çinin "Şanxay SIPG" klubunun formasını geyinən ulduz futbolçu milli karyerasını bitirməyə tələsmir. O, Dç-2022-də iştirak etmək istədiyini də vurğulayıb: "Uzaq səfərlərlə bağlı heç bir problemim yoxdu. Son uçuş reysim 11 saat 20 dəqiqə çəkdi və bunun 10 saatını yatdım. Bu üzdən dünya çempionatında da yığmanın heyətində yer almaq istəyirəm. Yalnız Dç-2022-dən sonra millidən getməyi düşünürəm. Ondan sonra Qazaxıstan, Azərbaycan və ya Farer adalarına səfər etmək istəyim qalmayacaq".

Qeyd edək ki, G qrupunda sona 2 tur qalmış 16 xalla ikinci pillədə qərarlaşan Avstriya noyabrın 16-da evdə Şimali Makedoniya üzərində qələbə qazanarsa, AVRO-2020-nin final mərhələsinə vəsiqəni rəsmiləşdirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest