Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev daha bir təyinat alıb. Matc.az xəbər verir ki, UEFA onu 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələ oyununa göndərmək qərarına gəlib.

Belə ki, Xudiyev VIII qrupda keçiriləcək oyunların hakim-inspektoru olacaq. Bu qrupda Fransa, Danimarka, Finlandiya və Farer adalarının yığmaları mübarizə aparacaq.

Oyunlar noyabrın 13-dən 19-dək Danimarkada keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest