Qazaxıstan Premyer Liqasında başa çatan 2019 mövsümünün simvolik heyəti müəyyənləşib. Həmkarlarımız 18 futbolçunu fərqləndiriblər. Onlardan 11-i start, 7-si isə ehtiyat heyətdə göstərilib. Azərbaycan millisinin qapıçısı Emil Balayev də simvolik "11-liy"ə salınıb.

Qazaxıstan Premyer Liqasında başa çatan 2019 mövsümünün simvolik heyəti müəyyənləşib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, həmkarlarımız 18 futbolçunu fərqləndiriblər.

Onlardan 11-i start, 7-si isə ehtiyat heyətdə göstərilib. Komandası "Tobol"un mövsümün sonlarındakı uğursuz çıxışına və 4-cü yeri tutmasına baxmayaraq, Azərbaycan millisinin qapıçısı Emil Balayev də simvolik "11-liy"ə salınıb. O, "Astana"nın qolkiperi Nenad Eriçi qabaqlayaraq, mövsümün rəmzi komandasında yer almağı bacarıb. "Tobol"un digər oyunçuları Azat Nurqaliyev və Fernander Kassay ehtiyat heyətdə göstərilib.

Simvolik komandanın baş məşqçisi olmağa "Astana"ya çempionluq qazandıran Roman Qriqorçuk layiq görülüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest